Xoş gəlmisiniz

SALAM

LP MMC, REMPLAST markası altında plastik məhsullar istehsal edən yerli şirkətdir. Məqsədimiz yalnız məhsul istehsal etmək deyil, həm də müştərilərimizin ehtiyaclarını anlayaraq onlara davamlı, funksional və etibarlı həllər təqdim etməkdir. İstehsal etdiyimiz hər bir məhsul möhkəmliyi və praktikliyi ilə müxtəlif sahələrdə dəyər yaradır. Yerli istehsalı ön planda saxlayaraq ölkə iqtisadiyyatına töhfə verməyi və idxaldan asılılığı azaltmağı hədəfləyirik. Bu yolla həm müştərilərimizə rəqabətədavamlı qiymətlər təqdim edir, həm də Azərbaycan sənayesinin inkişafına dəstək oluruq.

Şirkətin tarixçəsi

LP MMC 2018-ci ildə təsis edilmiş və fəaliyyətinə yerli bazara yüksək keyfiyyətli plastik məhsullar təqdim etmək məqsədi ilə başlamışdır. Zaman keçdikcə şirkət inkişaf etmiş, REMPLAST markası ilə məhsul çeşidini artıraraq tikinti, elektrik, sənaye və kənd təsərrüfatı sahələrində etibarlı istehsalçıya çevrilmişdir. Bu gün LP MMC istehsal gücünü daim artıraraq yerli bazarda liderlik hədəfini davam etdirir. Hələ beynəlxalq bazarlarda fəaliyyət göstərməsək də, qlobal səviyyədə tanınan bir brend olmaq uzunmüddətli məqsədlərimizdəndir.

Çünki biz sadəcə istehsalçı deyilik, həm də etibarlı tərəfdaşıq. LP MMC olaraq, müştərilərimizə REMPLAST markası ilə yüksək keyfiyyətli məhsullar, şəffaf ünsiyyət və vaxtında çatdırılma təmin edirik. Müştəri məmnuniyyəti bizim üçün ən önəmli dəyərdir.

LP MMC, REMPLAST markası altında plastik məhsulların dizaynı, kalıbın hazırlanması və istehsalı proseslərini həyata keçirir. Müasir avadanlıqlarımız və təcrübəli komandamız sayəsində hər bir layihəni müştərinin ehtiyacına uyğunlaşdırırıq. Tikinti, elektrik, kənd təsərrüfatı və sənaye kimi müxtəlif sahələrə yönəlik geniş məhsul çeşidimizlə əməkdaşlarımıza dəyər qatırıq.

REMPLAST markası altında təqdim etdiyimiz məhsul qruplarına daxildir: - Tikinti və elektrik üçün plastik hissələr - Kənd təsərrüfatı üçün davamlı qutular və qablar - Sənaye istifadə üçün xüsusi istehsal həlləri Hər bir məhsul qrupumuz dayanıqlılıq, effektivlik və uzunömürlülük prinsipləri ilə hazırlanır.

Layihələrimiz
Komandamız
Xidmətlərimiz
Tərəfdaşlarımız

Suallar və təkliflər

Shafayet Mehdiyev 09 A

Bizə yazın!